Azedu.az

Məktəb çantası alarkən nəyə diqqət etmək lazımdır?

29 Avqust 2024, 12:04
Məktəb çantası alarkən nəyə diqqət etmək lazımdır?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün məktəb alış-verişi etməyə başlayıblar. Şagirdlər üçün ən lazımi əşyalardan biri də çantadır. Lakin məktəbli çantaları önəmli olduğu qədər uşaqların sağlamlığına mənfi təsiri də var.

 

Valideynlər bu məsələdə nəyə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədlinin sözlərinə görə, bu məsələ kifayət qədər aktualdır.

 

“Yeni dərs ili başlayanda həm valideynlərin, həm də şagirdlər arasında xüsusi bir gərginlik yaranır. Onlar dərs zamanı ehtiyac olan ləvazimatları almaq üçün xeyli vaxt sərf edirlər. Dərs vəsaitlərinin toplanması üçün istifadə olunan məktəbli çantalarının hər il yeni çeşidləri çıxır. Şagirdlərin, eləcə də valideynlərin gözünü oxşayan, fərqli üslubda hazırlanan məktəb çantaları diqqət cəlb edir. Lakin valideynlər həmin çantaları alarkən sağlamlığa ziyanını nəzərə almır. Onlar düşünmürlər ki, şagirdlər üçün bəla olan skolioz xəstəliyininin ən birinici yaradıcısı məhz həmin o məktəbli çantalarıdır.

 

Çantanın təkcə görünüşünə deyil, çəkisinə və formasına xüsusi nəzər yetirmək lazımdır. Düzgün seçilməyən çəki və forma uşaqda bel və onurğa problemlərinə səbəb ola bilər".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox