Türkiyədə sentyabrın 2-də məktəbə uyğunlaşma həftəsi başlayır.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, uyğunlaşma həftəsi məktəbəqədər və birinci sinif şagirdləri üçün nəzərdə tutulub.
Qeyd edilib ki, bu prosesdə valideynlərin də rolu böyükdür. Mütəxəssislər məktəbə motivasiya xarakterli çıxışların adaptasiya prosesini sürətləndirəcəyini bildirirlər.
Uyğunlaşma həftəsinin məktəbə təzəcə qədəm qoyan balacalar üçün vacib olduğu qeyd olunur.