Azedu.az

Müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

28 Avqust 2024, 13:12
Müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilirlər. Apellyasiya müraciətlərinin qəbulu avqustun 28-i saat 18:00-da başa çatacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin yekunları ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.

 

Nurlan İsmayılbəyli bildirib ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub: “Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

 

Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox