Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 30-u vətəndaş qəbulu həyata keçirəcək.
Müəyyən edilmiş görüş Balakəndə həyata keçiriləcək. Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonalarını da əhatə edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.