AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
27 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
27 avqust beynəlxalq boks günüdür.
27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli sökülüb:
Onun adını daşıyan meydanın adı dəyişdirilərək “Azadlıq meydanı” adlandırılıb
27 avqust 1998-ci ildə görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 – 1998) vəfat edi:
Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.
27 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) Xızıda doğulub:
O, adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.
27 avqust 1922-ci Türk ordusu yunan işğalı altındakı Afyonu xilas etdi.