Xəbər verdiyimiz kimi ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Universitetə qəbul olanlar arasında ən yaşlı və ən gənc tələbələrin kimliyi məlum olub.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ən yaşlı tələbə 1970-ci il, ən gənc tələbə isə 2008-ci il təvəllüdlüdür.
“Hüseynov Elvin Müşfiq oğlu 26.11.2008-ci ildə anadan olub. O, H.Əliyev adına Müasir Təhsil Kompleksinin məzunudur. I ixtisas qrupu üzrə 294.5 bal toplayaraq, Azərbaycan Texniki Universitetinin maşın mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil alacaq.
Ən yaşlı tələbə Əliyeva Sevinc Xosrov qızı 16.07.1970-ci ildə anadan olub. O, Bakı Neft-Energetika Kollecini 89 balla bitirib. Sumqayıt Dövlət Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə qəbul olunub”.