Azedu.az

Tarixdə bu gün" - 23 avqust...

Maraqlı

23 Avqust 2024, 08:45
Tarixdə bu gün

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

23 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.


23 avqust Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür:

 

1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

 

23 avqust 1993-cü ildə Azərbaycanın Füzuli və Cəbrail rayonları Ermənistan ordusu tərəfindən işğal olunub:

 

Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. 

 

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

 

23 avqust 1922-ci ildə tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Quliyev (1922 – 6.11.1969) anadan olub: 

 

O, Tarix İnstitutunun direktoru vəzifəsində işləyİb.

  

23 avqust 1942-ci ildə 2-ci Dünya müharibəsinin taleyini dəyişən Stalinqrad mühasirəsinə başlandı.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox