AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
22 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
22 avqust 2000-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 62 yaşında dünyasını dəyişib:
Elçibəyin cənazə mərasiminə 1 milyona yaxın insan qatılıb.
22 avqust 1921-ci ildə Xalq artisti, musiqişünas, professor Adilə Məmmədova anadan olub:
O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir.
22 avqust 1965-ci ildə şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub:
1995-ci ildən Almaniyada yaşayır, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini Azərbaycan, alman və türk dillərində yazır.
22 avqust 1642-ci ildə İngiltәrәdә vәtәndaş müharibәsi başlayıb:
Mәlumata görә, bu müharibә doqquz il davam edib. Kraliyyәt vә Parlament sisteminin tәrәfdarları arasında başlayan toqquşmalar 1651-ci ilin 3 sentyabr tarixindә parlament sistemi tәrәfdarlarının әldә etdiyi qәlәbә nәticәsindә sona çatıb.