Azedu.az

Bu gündən dövlət qulluğuna qeydiyyat başlayıb

Maraqlı

21 Avqust 2024, 14:30
Bu gündən dövlət qulluğuna qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 sentyabr 2024-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 avqust saat 14:00-dan 12 sentyabr saat 18:00-dək aparılacaq.

 

İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox