AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
21 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
21 avqust Terror Qurbanlarının Beynəlxalq anım günü:
Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.
Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış, müxtəlif dövrlərdə azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, dəhşətli terror aktları və soyqırımlar baş vermişdir.
21 avqust Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin xatirə günüdür:
Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub. Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib.
21 avqust 2017-ci ildə tarixdə ən böyük günəş tutulması baş verib:
90 dəqiqə davam edən tutulma müddətində 2 dəqiqə 40 saniyə ərzində günəş tamamilə örtülüb. Günəş səthinin sahəsi ilk dəfə həqiqi dəyərinə yaxın olaraq hesablanıb.
21 avqust 1915-ci ildə Mustafa Kamalın komandanlığındaki Osmanlı qüvvələri ingilis ordusuna qarşı Çanaqqalada ikinci Anafartalar Zəfərini qazanıb.