Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu tam təqaüdlə xaricdə universitetə daxil olub.
AzEdu.az xəbər verir ki, Samir Abdullayev tam təqaüdlə Rusiyada Volga State University of Technology Universitetinin "Turizm işinin təşkili” ixtisası üzrə magistratura səviyyəsində təhsil alacaq.
Qeyd edək ki, Samir ATMU-da turizm bələdçiliyi ixtisası üzrə bakalavr təhsili alıb.
O, universitetin xarici tələbələr üçün təşkil etdiyi proqramla 300.000 min rubl dəyərində təqaüd qazanıb.