Azedu.az

Boş qalan vakant yerlər: “Bacarıqlı müəllimlər işlə təmin edilməlidir”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

16 Avqust 2024, 09:12
Boş qalan vakant yerlər: “Bacarıqlı müəllimlər işlə təmin edilməlidir”

“Vakant yerləri doldurmaq üçün MİQ-də iştirak edib, müsahibəyə buraxılmayan namizədlər arasında seçim edərək ən yaxşılarını işlə təmin etməliyik”

 

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında deyib.

 

“Bu gün, xüsusilə də regionlarda müəllimlərlə bağlı problemlər mövcuddur. Ciddi müəllim çatışmazlığı var. Bəzən texniki fənni  hansısa humanitar fənn müəlliminin tədris etdiyinin şahidi oluruq. Bu problemin həlli üçün çalışmalıyıq.

 

Müəllimlərin işə qəbul formasının test və müsahibə mərhələsinə bölünərək edilməsini doğru hesab edirəm. Amma hazırda məktəblərdə 10 mindən çox vakant yer var. Amma müsahibəyə 5740 müəllim buraxılır. Bu zaman yerdə 5000 boş vakansiya qalır. Fikrimcə, qalan vakant yerlərini doldurmaq üçün digər namizədləri bir müddətlik də olsa işə götürmək olar. Hansı daha yaxşıdır? 5000 vakant yerin boş qalması, yoxsa nisbətən savadlı, bilikli şəxslərin işə götürülüb, vakansiyaların doldurulması?

 

Problem odur ki, bəzi məktəblərdə ciddi müəllim qıtlığı var. Ona görə də biz çalışmalıyıq ki, vakansiyaları dolduraq. Savadsız, biliksiz adamları deyil, nisbətən savadı, bacarığı olanları ən azı bir illik işə götürməliyik. Bir məktəbdə bir neçə fənn müəllimi yoxdursa, orada təhsil-tədris prosesi pozulur. Təhsildə çoxsaylı güzəştin tərəfdarı deyiləm, amma müəllimin olmaması təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Buna görə də MİQ-də iştirak edənlərdən seçərək, vakansiyaları doldurmalıyıq. Növbəti ildə daha yaxşı kadr olarsa, o zaman onları əvəz edərlər.

 

Hamını kəsib, çıxarandan sonra 5000 boş yer qalır. Bəs, bu məktəblərin aqibəti necə olacaq? Orada dərsi kim keçəcək? Hesab edirəm ki, bu məsələlər ciddi düşünülməlidir ki, problemlər yaşamayaq”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox