Azedu.az

“Tarixdə bu gün” - 16 avqust necə yadda qalıb?

Maraqlı

16 Avqust 2024, 09:00
“Tarixdə bu gün” - 16 avqust necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

16 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

XX əsrin tanınmış Azərbaycan fəlsəfi şairi Bəxtiyar Vahabzadə1925-ci il 16 avqustda Şəkidə anadan olub:

 

Bədii yaradıcılığa 18 yaşında başlayan şairin şeir, pyes və publisistik əsərlərindən ibarət 70-dən çox kitabı nəşr edilib.   

 

Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də dəyərli və əvəzsizdir. Azərbaycan tarixinin taleyüklü anlarında əsl vətəndaş mövqeyi nümayiş etdirən şairin xalqın yaşadığı Qanlı Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları və atdığı addımlar öz qətiyyəti ilə seçilib.

 

16 avqust 1556-cı ildə İstanbulda mərasimlə Süleymaniyyə məscidi (Süleymaniye Camii) açıldı.

 

Azərbaycanın tanınmış yazıçısı və dövlət xadimi Şıxəli Qurbanov 1925-ci ilin bu günü dünyaya gəlib:

 

Komediyalarında cəmiyyətin mənfi cəhətlərini satira atəşinə tutan yazıçı həm də Azərbaycan-Rusiya ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir. O, Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitənin baş katibi vəzifəsində çalışan zaman xalqın milli bayramı olan Novruzun rəsmi keçirilməsinə nail olub.

 

1858-ci ilin bu günü Avropadan Amerikaya ilk teleqram göndərildi:

 

ABŞ prezidenti Ceyms Bükenen (James Buchanan) okean aşan ilk teleqraf danışığını İngiltərə kraliçası Viktoriya (Victoria) ilə etdi. Bununla da dünya tarixində teleqrafdan istifadə etməklə qısa müddət ərzində informasiya çatdırılmasının bünövrəsi qoyuldu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox