AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
14 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
Azərbaycanın ilk kino aktrisalarından olan Əzizə Məmmədova 1892-ci il 14 avqustda Tiflisdə dünyaya gəlib.
Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə 1923-cü ilin bu günü anadan olub:
Alimin tədqiqatları Azərbaycan ədəbiyyatı tarixinin bütün dövrlərini əhatə edir. 1991-ci ildə atası Abdulla Şairin Ev Muzeyi yaradıldığı vaxtdan Kamal Talıbzadə onun direktoru olub. (1923-2006)
14 avqust 1893-cü ildə ilk dәfә Fransada hәr bir avtomobilә ayrıca nömrә tәyin edilmәsi haqda qәrar qәbul edilib.
14 avqust 1945-ci ildə II Dünya Müharibәsinin sonunda Yaponiya İmperatoru Hirohito ölkәsinin tәslim olduğunu açıqlayıb.