Azedu.az

“Tarixdə bu gün” - 13 avqust...  

Maraqlı

13 Avqust 2024, 09:03
“Tarixdə bu gün” - 13 avqust...  

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

13 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

13 avqust Solaxaylar günüdür:

 

Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.

 

Bu gün ilk dəfə  1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.

 

 

Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub:

 

Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub.

 

 

1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən və “Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı:

 

Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.

 

 

İngilis jurnalisti və tarixçisi Herbert Corc Uells(Herbert George Wells) 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb:

 

Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox