Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Məlumdur ki, Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri müsabiqədənkənar universitetlərə qəbul olunurlar.
Bəs, hansı fənn üzrə olimpiada qalibləri hansı ixtisaslar üzrə təhsil ala bilərlər?
AzEdu.az xəbər verir ki, bu məsələlər “beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası”na əsasən tənzimlənir.
Müvafiq fənn üzrə respublika fənn olimpiadası qalibi olmuş şəxslər aşağıda göstərilmiş ixtisaslar üzrə istənilən (dövlət və özəl) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilərlər.
Qeyd edək ki, bu qayda yalnız DİM-in özünün birbaşa qəbul apardığı ali təhsil müəssisələrinə aiddir. UFAZ universiteti DİM-in birbaşa qəbul aparmadığı ali təhsil müəssəsi olduğu üçün oraya yalnız I ixtisas qrupu üzrə imtahan verib, 450 bal topladıqdan sonra, daxili imtahandan keçərək qəbul olmaq mümkündür.
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
məktəbəqədər təhsil;
ibtidai sinif müəllimliyi;
korreksiyaedici təlim;
filologiya (dil və ədəbiyyat göstərilməklə);
jurnalistika;
kitabxanaçılıq və informasiya fəaliyyəti;
Farix fənni üzrə:
tarix;
tarix müəllimliyi;
tarix və coğrafiya müəllimliyi;
politologiya;
fəlsəfə;
kitabxanaçılıq və informasiya fəaliyyəti;
sosiologiya;
muzey, arxiv işi və abidələrin qorunması;
psixologiya;
Coğrafiya fənni üzrə:
coğrafiya;
coğrafiya müəllimliyi;
tarix və coğrafiya müəllimliyi;
regionşünaslıq (regionlar üzrə);
ekologiya;
hidrometeorologiya;
Riyaziyyat fənni üzrə:
riyaziyyat;
riyaziyyat müəllimliyi;
riyaziyyat və informatika müəllimliyi;
statistika;
mexanika;
kompüter elmləri;
aerokosmik mühəndislik;
aqromühəndislik;
aviasiya təhlükəsizliyi mühəndisliyi;
cihaz mühəndisliyi;
dəniz naviqasiyası mühəndisliyi;
ekologiya mühəndisliyi;
energetika mühəndisliyi;
gəmi energetik qurğularının istismarı mühəndisliyi;
gəmiqayırma və gəmi təmiri mühəndisliyi;
geologiya və geofizika mühəndisliyi;
geomatika və geodeziya mühəndisliyi;
hava nəqliyyatının hərəkətinin təşkili;
informasiya texnologiyaları;
inşaat mühəndisliyi;
kommunikasiya sistemləri mühəndisliyi;
kompüter mühəndisliyi;
logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;
maşın mühəndisliyi;
materiallar mühəndisliyi;
mədən mühəndisliyi;
meliorasiya mühəndisliyi;
metallurgiya mühəndisliyi;
mexanika mühəndisliyi;
mexatronika və robototexnika mühəndisliyi;
neft-qaz mühəndisliyi;
nəqliyyat mühəndisliyi;
nəqliyyat tikintisi mühəndisliyi;
proseslərin avtomatlaşdırılması mühəndisliyi;
sənaye mühəndisliyi;
Fizika fənni üzrə:
fizika;
fizika müəllimliyi;
mexanika;
geologiya və geofizika mühəndisliyi;
elektrik və elektronika mühəndisliyi;
radiotexnika və telekommunikasiya mühəndisliyi;
materiallar mühəndisliyi;
mühəndis fizikası;
Kimya fənni üzrə:
kimya;
kimya müəllimliyi;
kimya və biologiya müəllimliyi;
ekologiya;
qida mühəndisliyi;
kimya mühəndisliyi;
şərabçılıq;
torpaqşünaslıq və aqrokimya;
Biologiya fənni üzrə:
biologiya;
biologiya müəllimliyi;
kimya və biologiya müəllimliyi;
ekologiya;
balıqçılıq;
su bioehtiyatları və akvakultura;
bitki mühafizəsi;
aqronomluq;
zoomühəndislik;
baytarlıq təbabəti;
psixologiya;
İnformatika fənni üzrə:
riyaziyyat və informatika müəllimliyi;
informatika müəllimliyi;
kompüter elmləri;
kompüter mühəndisliyi;
proseslərin avtomatlaşdırılması mühəndisliyi;
informasiya texnologiyaları;
informasiya təhlükəsizliyi;
mexatronika və robototexnika mühəndisliyi.
Qeyd edək ki, beynəlxalq fənn olimpiadaları qalibləri isə istənilən ixtisasları seçmə hüququna malikdir.