Bu gündən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. İxtisas qrupları üzrə builki ballara nəzər saldıqda, ötən illə müqayisədə yüksək bal toplayanların sayının daha çox olduğunu müşahidə edirik.
Bəs, görəsən, rəqabət ən çox hansı qruplarda müşahidə ediləcək?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a məlumat verib.
Ekspert bildirib ki, bu il ən kəskin artım III ixtisas qrupunda müşahidə olunacaq:
“Daha sonra bir-birinin ardınca I , IV, II və V ixtisas qruplarında rəqabət gözlənilir”.