Azedu.az

Bu il magistraturaya qəbulda rəqabət OLMADI

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

8 Avqust 2024, 11:42
Bu il magistraturaya qəbulda rəqabət OLMADI

Bu gün magistraturaya boş qalan plan yerlərinə qəbulu prosesinin son günüdür.

 

Bəs, görəsən, bu mərhələdə kimlərin daha çox şansı var?

 

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bu il keçid balını toplayan hər kəs magistra qəbul ola biləcək:

 

Magistraturada boş qalan yerlər əsasən seçilməyən yerlərdir. Təcrübədə görürük ki, ən çox boş qalan yerlər seçim xatirinə yazılıb, qəbul olduqdan sonra imtina edən şəxslərə aiddir. Onlar qəbul olsalar da, portal.edu.az-dan qeydiyyatdan keçmir, ödənişli əsaslarla olduqda, təhsil haqqını ödəmir. Bu hallarda onlara imtina gəlir və  yerləri ikinci tura buraxılır. Nəzərə almaq lazımdır ki, birinci turda səhvən yaxud da ötəri seçim edib, sonra imtina edənlər II tur seçiminə buraxılmırlar.

 

Adətən ikinci turda balı az olanların şansı gətirir. Məsələn, hansısa bir ixtisasa 10 yer verilir. Sonuncu adamın balı 47.5-sə, 46 toplayan keçə bilmir. Həmin 46 ballı şəxsin artıq ikinci turda şansı daha yüksək olur. Ümumiyyətlə boş qalan plan yerlərinə seçimdə yüksək yox, aşağı ballılar rəqabət aparırlar. Yüksək ballı şəxslər daha çox ödənişsiz yerləri seçirlər, ancaq ikinci turda əsasən ödənişli yerlər dəfələrlə çox olur. Builki rəqabətə gəlincə, demək olar ki, rəqabət görmədik.  Magistraturanın ikinci mərhələsində xüsusən məntiqin çətin salınması, rəqabəti çox aşağı həddə saldı. Buna görə də imtahandan keçid balını toplayan əksər bakalavrın şansı gətirdi”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox