Azedu.az

“Tarixdə bu gün” – 8 avqust...

Maraqlı

8 Avqust 2024, 09:01
“Tarixdə bu gün” – 8 avqust...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

8 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

8 avqust beynəlxalq alpinizm günüdür:

 

Bu bayramın meydana çıxmasında iki cəsur isveçrəli həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq.Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək zirvəsini – Monblan zirvəsini fəth etmişlər. Bu zirvə dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşir.

 

Həmin vaxta qədər Monblan zirvəsini fəth etmək cəhdləri çox olsa da, buna ilk nail olanlar məhz həmin insanlar olmuşlar. O gündən dünya alpinistləri Alp dağlarının ən yüksək zirvəsinin fəth olunmasını öz bayramları kimi qeyd edirlər.

 

8 avqust Beynəlxalq Oftalmologiya Günüdür:

 

2004-cü ildən etibarən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

 

8 avqust 1991-ci ildə Nüvədi kəndi erməni quldur dəstələrinin hücumuna məruz qaldı:

 

Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə kəndi viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

 

Qeyd edək ki, Nüvədi indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir.

 

 

8 avqust 1930-cu ildə Azərbaycan SSR tərəfindən Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Ağdaş və s. rayonları inzibati ərazi vahidi kimi yaradıldı.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox