Azedu.az

“İmtahanlar bəzən gənclər üçün həyati təhlükəyə çevrilir”

Maraqlı

6 Avqust 2024, 16:26
“İmtahanlar bəzən gənclər üçün həyati təhlükəyə çevrilir”

“Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir”

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

 

“Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin müasir dövrün tələbləri ölkəmizdə 32 ildir tətbiq edilən formatın dəyişməsini zəruri edir.  Təsəvvür edin ki, mart ayında imtahan verən şagird, azı 6 ay sonra, avqusun sonunda ancaq tələbə olub-olmadığını bilir.  Qəbul imtahanlarının formatının dəyişdirilməsi təhsil sisteminin inkişafı və tələbələrin daha ədalətli qiymətləndirilməsi üçün vacibdir.

 

Əvvəla, imtahanlar iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də kritik düşünmə, problem həll etmə və analitik bacarıqlarını yoxlamalıdır. Bu, tələbələrin gələcəkdə daha uğurlu olmasına kömək edə bilər. Bundan əlavə imtahan formatına layihə əsaslı tapşırıqlar, yazılı esse və müzakirə sualları daxil edilməlidir.

 

Tələbələrin yalnız bir imtahanla qiymətləndirilməsi yerinə, il boyu davam edən qiymətləndirmələr, portfoliolar və müəllim rəyləri də nəzərə alınmalıdır. Bundan əlavə müəllimlərin yeni imtahan formatlarına uyğun olaraq təlim keçmələri vacibdir. Onlar tələbələri bu yeni formatlara hazırlamaq üçün lazım olan bilik və bacarıqlara sahib olmalıdırlar. Tələbələrin imtahan stressini azaltmaq üçün dəstək proqramları və psixoloji xidmətlər təmin edilməlidir ki, imtahanlar tələbələrin psixoloji sağlamlığına mənfi təsir etməsin.

 

Düşünürəm ki, bu təkliflər, Azərbaycanda qəbul imtahanlarının formatının dəyişdirilməsi və təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün bir başlanğıc nöqtəsi ola bilər.  Hazırki imtahanlar iştirakçılarda ciddi stress yaradır, bəzən isə həyatları üçün təhlükəyə çevrilir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox