Azedu.az

“Tarixdə bu gün” - 6 avqust...

Maraqlı

6 Avqust 2024, 09:02
“Tarixdə bu gün” - 6 avqust...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

6 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

Məşhur Azərbaycan şairəsi, “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvan 1832-ci ilin bu günü Qarabağda Şuşada xan ailəsində dünyaya gəlib:

 

Azərbaycan klassik ədəbiyyatının ənənələri üslubunda gözəl şeirlər və qəzəllər yaradan Natəvan həm də xeyirxah əməlləri ilə tarixə düşüb. Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır.

 

6 avqust Azərbaycan yazıçısı Səməd Ağamalıoğlunun xatirə günüdür:

 

1909-cu ildə Qarabağın mərkəzi Şuşada anadan olan Səməd Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Əhməd Ağamalığolunun oğludur. Yaradıcılığa gənc yaşlarından başlayan Səməd Ağamalıoğlu Ankara liseyini bitirdikdən sonra Fransanın Strasburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib, 1950, 1954 və 1957-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü olub.

 

6  avqust 1926-cı ildə Qertrude Ederle (Gertrude Ederle, 1905 - 2003) Manş boğazını üzərək keçən ilk qadın oldu.

 

1914-ci ilin 6 avqustundan Birinci Dünya Müharibəsi yayılmağa başladı: Serbiya Almaniyaya, Avstriya-Macarıstan imperiyası isə Rusiyaya müharibəyə qalxdı.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox