Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı sərəncamla Azərbaycanın Rumıniyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səfir vəzifəsinə Hüseyn Nizami oğlu Nəcəfov təyinat alıb.
AzEdu.az saytı Azərbaycanın Rumıniyada yeni fövqəladə və səlahiyyətli səfirinin təhsili ilə bağlı məlumatı təqdim edir:
Nəcəfov Hüseyn Nizami oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 91 saylı tam orta məktəbi qızıl medalla bitirib.
1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib, ixtisasca tarixçidir.
1992-1994-cü illdərdə Rusiya Federasiyasının XİN-in Diplomatik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 1995 tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2005-ci illərdə Qərb Universitetin “Politologiya” kafedrasında müəllim işləyib.
İki monoqrafiya, bir metodik vəsait və Azərbaycanda və xaricdə dərc olunmuş bir sıra məqalələrin müəllifidir.
Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktorudur.