Azedu.az

400-ə yaxın sosial həssas kateqoriyadan olan müəllim alternativ işlə təmin ediləcək

Universitetlər

Maraqlı

Tələbə və şagird

31 İyul 2024, 16:03
400-ə yaxın sosial həssas kateqoriyadan olan müəllim alternativ işlə təmin ediləcək

400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

 

N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir:

 

"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".

 

O bildirib ki, bu sıraya məktəblər təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prossesinin təşkili və sair işlər daxildir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox