Sertifikasiyanın müsahibə mərhələsinin tarixi açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verilib.
O bildirib ki, sertifikasiyanın müsahibə mərhələsi sentyabrın əvvəllərində başlayacaq.
"Həmçinin bu ilin sentyabrından maaşlarına 10% və 35% əlavələr olunmuş müəllimlərin sayının 55 min nəfərə çatdırılması proqnozlaşdırılır".