Azedu.az

MİQ-in müsahibə mərhələsi nə zaman başlayır? - Rəsmi CAVAB

Maraqlı

Müəllimlər və elm adamları

30 İyul 2024, 10:40
MİQ-in müsahibə mərhələsi nə zaman başlayır? - Rəsmi CAVAB

2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

 

Bəs, görəsən, MİQ üzrə müsahibə mərhələsi nə zaman təşkil olunacaq? 

 

AzEdu.az Təhsil Portalı olaraq bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

 

Agentlikdən bildirilib ki, Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi 31 iyul-5 avqust tarixləri arasında keçiriləcək:

 

"Müsahibə mərhələsi ilə bağlı müəyyən ediləcək tarix barədə məlumat vakansiya seçimi mərhələsi yekunlaşdıqdan sonra elan ediləcək",- deyə agentlik qeyd edib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox