Azedu.az

Peşə məktəblərinə 30 mindən çox plan yeri AYRILIB

Maraqlı

Müəllimlər və elm adamları

Seçilmişlər

Peşə Təhsili

Tələbələr

29 İyul 2024, 11:23
Peşə məktəblərinə 30 mindən çox plan yeri AYRILIB

Xəbər verdiyimiz kimi, bu gündən etibarən peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq. 

 

Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilir.

 

Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox