Azedu.az

İtaliya-Azərbaycan Universitetində plan yerlərinin SAYI

Maraqlı

Müəllimlər və elm adamları

24 İyul 2024, 10:19
İtaliya-Azərbaycan Universitetində plan yerlərinin SAYI

Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb.



AzEdu.az  xəbər verir ki, 2024-2025-ci tədris ilində ilk dəfə Azərbaycanda 3 universitetə qəbul həyata keçiriləcək.

 
Onlardan biri olan İtaliya-Azərbaycan Universitetində 160 qəbul yeri ayrılıb. 

 

Həmçinin İtaliya-Azərbaycan Universitetində tələbələr ödənişli təhsil olacaq.

 

İtaliya-Azərbaycan Universitetində Dizayn ( interyer dizaynı), Memarlıq, Qida mühəndisliyi (qida texnologiyaları) , Aqronomluq ( aqrar texnologiyalar) ixtisasları tədris olunacaq.

 

Qeyd edək ki, hər bir ixtisasın illik təhsil haqqı 6000 manat təşkil edəcək.

 

Xatırladaq ki, təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox