Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, 2024-2025-ci tədris ilində ilk dəfə Azərbaycanda 3 universitetə qəbul həyata keçiriləcək.
Bunlar Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetidir.
Bu il Xankəndidə yerləşən Qarabağ Universitetinə 1120 tələbə qəbulu həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək.
Universitetlərinin qəbul planı haqda ilk məlumatı təhsil eksperti Kamran Əsədov verib.
AzEdu.az Təhsil Portalı olaraq məsələylə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.
Mərkəz sözügedən məlumatın dəqiqliyini təsdiqləməyib:
"Abituriyent jurnalının 4-cü nömrəsi hələ çap olunmayıb. Nəşri avqustda nəzərdə tutulur. Yayılan cədvəl DİM-in tərtib etdiyi cədvəl formasında deyil".