14 iyul I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
Sosial şəbəkələrdə sözügedən imtahanların nəticələrinin nə zaman açıqlanacağı barədə kütləvi suallar ünvanlanır.
AzEdu.az saytı bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.
Mərkəzdən bildirilib ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdinin nəticələri ayın sonuna kimi açıqlanması nəzərdə tutulur.