İmtahan 19 iyul 2024-cü il tarixində təşkil olunub. İmtahanda 3 nəfər iştirak edib.
Bu barədə AzEdu.az-a Dölvət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 16 avqust 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre