Azedu.az

MİQ: Müsabiqədə 50 264 namizəd İŞTİRAK EDİB

Maraqlı

Müəllimlər və elm adamları

11 İyul 2024, 08:57
MİQ: Müsabiqədə 50 264 namizəd İŞTİRAK EDİB
2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşmışdır.
 
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
Mərkəzdən bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak etmişdir.
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarıqlı müəllimlərin aşkarlanmasında bərabər və ədalətli imkandır. Müsabiqənin test imtahanlarının təşkilində Daxili İşlər Nazirliyinin əməkdaşları, TƏBİB-in işçiləri, regional təhsil idarələrinin əməkdaşları, “Məktəblinin Dostu” layihəsinin nümayəndələri və “Bir” Tələbə Könüllü İctimai Birliyinin üzvləri böyük dəstək göstəriblər.
 
Qeyd edək ki, müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox