Gömrük Akademiyasının tələbəsi "Akademiya birincisi" seçilib.
AzEdu.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında paylaşıb.
Paylaşımda qeyd olunur:
"Əziz dostlar, mənə yaxın olan insanlar, böyük fəxr hissi ilə bildirmək istəyirəm ki, AR Dövlət Gömrük Komitəsinin Akademiyasını Akademiya birincisi, Hüquqşünaslıq ixtisasının birincisi və yeganə "Heydər Əliyev" təqaüdçüsü olaraq bitirdim. Akademik göstəricim 97.09 olmuşdur.
Birincilik diplomunu AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı çox hörmətli cənab Şahin Bağırovdan almaq mənim həyatımda unudulmaz iz qoydu. Uğurumu gömrükçü şəhidimiz Ülvi Hacıyevə həsr edirəm. Bu uğuruma görə başda valideynlərim və müəllimlərim olmaqla, hər kəsə minnətdarlığımı bildirirəm. Hər biriniz zəhmətinizi halal edin".
Qeyd edək ki, o, AzEdu.az Təhsili Portalı ilə universitetlərin birgə layihəsi olan "Brend tələbə"nin qaliblərindən biridir.