Azedu.az

Əks-proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır

10 İyul 2024, 14:15
Əks-proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunda əks-proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, proqram təminatının əks-mühəndisliyi (Software Reverse Engineering) orijinal mənbə proqramına əlyetərlilik olmadıqda mövcud proqram kodunu təhlil edərək onun daxili funksiyalarını araşdırır. Bu proqramın tətbiq edilməsinin əsaslarına köhnəlmiş sistemlərə xidmət, funksiyaların təkmilləşdirilməsi və genişləndirilməsi, sistemin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, eləcə də səmərəliliyin artırılması aiddir. Məqsəd boşluqları aşkar etmək, proqram təminatının iş prinsipini başa düşmək, düzəlişlər etmək və yeniləmək üçün sistemin, qurğunun və ya proqram təminatının müəyyən bir hissəsinin dizaynı, funksiyaları və reallaşdırılmasının analizi və anlaşılmasıdır.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox