Azedu.az

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib 

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

9 İyul 2024, 10:21
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib 

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisasları üzrə  (142 və 143-cü komissiyalar) qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqlərini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat veriilib.

 

Bildirilib ki, abituriyentlər imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “Proqram formasını” mütləq gətirməlidirlər.

 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər təhsil aldıqları ümumtəhsil müəssisəsindən şəkilli arayış alaraq imtahana gətirməlidir.

 

“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisasları üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər.

 

Qeyd: Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz. 

 

Qeyd edək ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox