Azedu.az

DİM ədəbiyyat fənni ilə bağlı narazılıqlara aydınlıq gətirdi - EKSKLÜZİV 

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

8 İyul 2024, 15:05
DİM ədəbiyyat fənni ilə bağlı narazılıqlara aydınlıq gətirdi - EKSKLÜZİV 

Abituriyentlər III ixtisas qrupu üzrə keçirilmiş imtahanda ədəbiyyat fənni ilə bağlı şikayətlərini bildirirlər. Onlar qeyd edirlər ki, suallar mövzudan kənar və  çox çətin tərtib olunmuşdu.

 

AzEdu.az Təhsil Portalı olaraq şikayətlərlə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxladıq.

 

Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, ədəbiyyat fənni üzrə imtahana düşə biləcək mövzuların adları “Abituriyent” jurnalının 1-ci nömrəsində qeyd olunub:

 

“Nəzərinizə çatdırmaq istəyirik ki, 2022-ci ildən etibarən Mir Cəlalın “Vətən yaraları”, Əli Səmədlinin “Qanlı bənövşə”, Ənvər Məmmədxanlının “Qızıl qönçələr” və s. əsərləri qəbul imtahanının ədəbiyyat fənni üzrə proqramına daxil edilmişdir. Artıq 3 ildir ki, “Abituriyent” jurnalının 1-ci nömrəsində qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarının Ədəbiyyat bölümündə (“Abituriyent” jurnalı, №1, 2024) həmin əsərlərin adı da vardır.

 

Onu da qeyd edək ki, DİM-in həm siniflər üzrə “Ədəbiyyat” fənninə aid test kitabçalarına (2023), həm də “Ədəbiyyat” fənnindən test toplusuna (2023) həmin əsərlərlə bağlı test tapşırıqları da daxil edilmişdir (Mir Cəlalın “Vətən yaraları” əsəri ilə bağlı səh.145; Əli Səmədlinin “Qanlı bənövşə” əsəri ilə bağlı səh., 158).

 

Ümumiyyətlə imtahanda istifadə olunan bütün test tapşırıqları qəbul proqramına uyğundur. Sual kitabçaları abituriyentlərə verilib, həmçinin bütün sualların izahı dünən Mərkəzin saytına yerləşdirilib. Hər kəs özü yoxlama apara bilər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox