28 iyun 2024-cü il tarixində DİM-in Direktorlar Şurasının sədr müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.
AzEdu.az xəbər verir ki, görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə kömək göstərilməsi və dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirakla bağlı iki vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.