Dövlət İmtahan Mərkəzində iyunun 29-da TOEFL iBT imtahanı keçiriləcək.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 29 iyun 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.
İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.