Maliyyə Nazirliyi tərəfindən verilən təqdimatda qeyd olunduğu kimi, 2019-cu il üçün təhsil xərclərinə 2274.6 milyon manat ayrılıb.
Bu məbləğdən 0.3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsinə, 0.5 milyon manat isə dərslik alınması ilə bağlı xərclər üçün nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, “2008-2024-cü illərdə Azərbaycan respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatına 0.9 milyon ayrılıb.
Büdcədən 1 milyon manat yaradıcılıq profili bəzi dövlət ali təhsil müəssisələrinin gəlir və xərcləri arasında yarana biləcək kəsirin maliyyələşməsi, 0.3 milyon bəzi xarici səfirliklərdə təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti,0.8 milyon İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsinə xərclənəcək.
0.2 milyon manat isə dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidən hazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlər ilə bağlı xərclərə və digər sosial tədbirlərə 23.9 milyon manat yönəldilib.
Qeyd edək ki, təhsil xərcləri 2018-ci illə müqayisədə 11.3 % çoxdur.