Azedu.az

Bu imtahana abituriyentlər buraxılış vərəqəsini çap edə bilər

Maraqlı

Müəllimlər və elm adamları

25 İyun 2024, 14:18
Bu imtahana abituriyentlər buraxılış vərəqəsini çap edə bilər

Musiqi sənəti istiqamətinin 18, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 36-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni və “Proqram formasını” mütləq gətirməlidirlər.

 

Qeyd: 18, 19, 22, 23, 24, 25, 26, 27, 28, 31, 36-cı qabiliyyət imtahanı komissiyalar üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir (26-cı komissiya üzrə konsertmeyster və minus fonoqram ilə). Müşayiətsiz ifa qəbul edilmir.

 

Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz. 

 

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox