Azedu.az

Aqrar sığorta fəaliyyəti üzrə test imtahanı keçirilir

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

23 İyun 2024, 10:04
Aqrar sığorta fəaliyyəti üzrə test imtahanı keçirilir

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirilir. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108) təşkil edilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün 48 nəfər qeydiyyatdan keçib.

 

İmtahan saat 10:00-da başlanacaq. Namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox