Hər il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı təşkil olunur.
Qabiliyyət imtahanının nə vaxt başlayacağı ilə bağlı xeyli abituriyent DİM-ə müraciət ünvanlayır.
Bəs, görəsən qabiliyyət imtahanı nə zaman olacaq?
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qəbul imtahanları başa çatandan və nəticələr elan olunandan sonra qabiliyyət imtahanına qeydiyyat başlayır.