Azedu.az

Yuxarı Əskipara məktəbi bağlanır? - Rəsmi AÇIQLAMA

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

7 İyun 2024, 11:06
Yuxarı Əskipara məktəbi bağlanır? - Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Qazax Rayon A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbinin bağlanacağı barədə iddialar yayılıb. 

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki,  məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu göndərib.

 

Qurumdan saytımıza verilən açıqlamada qeyd olunur ki, hazırda məktəbin bağlanması müzakirə edilmir.

 

"Hazırda sözügedən məktəbin bağlanması müzakirə edilmir. Belə bir qərar qəbul edilərsə, ilk növbədə uşaqların müvafiq qaydada təhsilalma hüququ təmin edilməklə, kollektiv üzvlərinin də məşğulluğu nəzərə alınacaq", - idarədən bildirilib.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox