Azedu.az

“Məktəblərdə Heydər Əliyev ayı” layihəsi yekunlaşıb  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

6 İyun 2024, 16:14
“Məktəblərdə Heydər Əliyev ayı” layihəsi yekunlaşıb  

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Məktəblərdə Heydər Əliyev ayı” layihəsinin yekun tədbiri keçirilib.
 

AzEdu.az xəbər verir ki, tədbirdə məktəblilərin ifasında ümummilli liderə həsr olunan mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
 

Bildirilib ki, layihənin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin həyatı, çoxşaxəli fəaliyyəti haqqında uşaq və gəncləri maarifləndirmək, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin gənc istedadları üzə çıxarmaqdan ibarət olub. 
 

Qeyd edək ki, layihə çərçivəsində may ayı ərzində ümumi təhsil müəssisələrində debatlar, seminar və müsabiqələr keçirilib, elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq işi aparılıb, eləcə də bədii, sənədli filmlər nümayiş olunub.

 

 
 
 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox