Azedu.az

Gələn həftə məktəblərdə yoxlamalar aparılacaq

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

6 İyun 2024, 15:50
Gələn həftə məktəblərdə yoxlamalar aparılacaq

Gələn həftənin əvvəlindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı məktəblərdə yoxlamalar aparacaq.

 

AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

O bildirib ki, prosesdə şagirdlərin dərsə davamiyyəti, onların təhlükəsizliyi mövzularında bəzi tapşırıqların icrası yoxlanılacaq:

 

“Şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılır. Bu proses məktəbin direktoru və direktor müavininin məsuliyyətidir və onların əmək funksiyalarına daxildir. Ötən gün də məktəblərdə dərsliklərin vaxtından əvvəl toplanmağa başlaması ilə bağlı fikirlər səsləndirildi. Biz bununla bağlı tapşırıqlar vermişik, nəzarəti gücləndirmişik.

 

Yoxlamalar zamanı son zəng ilə bağlı hazırlıq işlərinə də nəzarət ediləcək. Nəticələr ictimaiyyətə açıqlanacaq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox