Azedu.az

İxtisas seçimi: Rəqabətin güclü olacağı QRUPLAR

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

6 İyun 2024, 13:53
İxtisas seçimi: Rəqabətin güclü olacağı QRUPLAR

İyunun 2-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanının 1-ci mərhələsi həyata keçirildi. Abituriyentlərin əksəriyyəti imtahanın normal keçdiyini qeyd etdiyi halda, bəziləri fənlərin çətin olduğu qənaətindədirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə, keçirilən qəbul imtahanında bəzi fənlərdə sualların çətin olması ilə bağlı iddialar doğrudur:

 

“İyunun 2-də I və IV ixtisas qrup üzrə qəbul imtahanı keçirildi və həmin imtahanda 35-36 min abituriyentin iştirakı nəzərdə tutulub. Eyni zamanda bəzi abituriyentlər qaydaları pozmuşdular, lakin bütün bunlarla parelel təbii ki,  iştirakçılar öz ixtisas qrupları üzrə imtahan verdilər.

 

Əlbəttə imtahandan sonra I ixtisas qrupunu seçən abituriyentləri əsasən riyaziyyat və fizika fənninin çətin olduğunu bildirdilər. IV ixtisas qrupunun abituriyentləri isə biologiya fənnindən düşündürücü sualların çox olduğunu qeyd edirlər”.

 

Ekspert I və IV ixtisas qruplarında rəqabətin artacağını dilə gətirib:

 

“Müşahidələrimizə əsasən deyə bilərəm ki, ən çox yüksək nəticə göstərən qruplar məhz I və IV ixtisas qrupları olacaq. Bu səbəbdən də bu  ixtisas qruplarında rəqabətlilik çox olacaq.

 

I qrupda daha çox plan yeri var, həmçinin ən çox müraciət sayı bu qrupdadır. IV  ixtisas qrupuna gəldikdə isə, bu il rekord göstəricisi qeydə alınıb.

 

Təxminən 6 minə yaxın abituriyent elektron ərizə qəbulunda iştirak ediblər. Bu son illərin IV ixtisas qrupu üzrə müraciət sayında ən yüksək göstəricidir. Bu da öz növbəsində gərginliyin olacağı anlamı verir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox