Azedu.az

11-15 iyun imtahanlarının buraxılış vərəqəsi çıxdı

Maraqlı

6 İyun 2024, 11:30
11-15 iyun imtahanlarının buraxılış vərəqəsi çıxdı

Məlum olduğu kimi, danışıq bloku üzrə imtahan 11-15 iyun 2024-cü il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir. 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

 

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. 

 

İştirakçılar danışıq bloku üzrə kompüter proqramının “demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

 

//xaricidil.dim-webinar.info/

 

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox