Azedu.az

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

4 İyun 2024, 11:13
İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

 

AzEdu.az xəbər verir ki, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 112 namizəd iştirak etmək hüququ qazanıb.

 

Müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat öncədən namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.

 

Onu da qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox