Azedu.az

Məktəblilərimiz Beynəlxalq Olimpiadada medal qazandılar

Maraqlı

Müəllimlər və elm adamları

4 İyun 2024, 08:27
Məktəblilərimiz Beynəlxalq Olimpiadada medal qazandılar

26-31 may tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, olimpiadada Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan 135 şagird iştirak edib.

 

Ölkəmiz sözügedən olimpiadada 2 komanda ilə uğurla təmsil olunub.

 

Belə ki, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova, 287 nömrəli “Zəkalar”’ liseyinin 8-ci sinif şagirdi Fərhad İskəndər, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili qızıl, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fərhad Hüseynov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 8-ci sinif şagirdi Hüseyn Zeynalov gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tural Müseyibzadə isə bürünc medal qazanıb.

 

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox