Azedu.az

PROQNOZ: Gələcəkdə bəzi peşələri robotlar əvəz edəcək

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

3 İyun 2024, 12:59
PROQNOZ: Gələcəkdə bəzi peşələri robotlar əvəz edəcək

Ötən günlərdə Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində qeyd etmişdi ki, növbəti illərdə dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılması nəzərdə tutulur.

 

Maraqlıdır, növbəti illər ərzində hansı yeni ixtisaslar açıla bilər? Yeni ixtisasların açılmasını zəruri edən səbəb nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə bu gün Azərbaycan universitetlərində bir neçə ixtisaslar var ki, ya onların adı dəyişilməli, ya da o ixtisaslar tamamilə ləğv olunmalıdır:

 

“Qısaca desək, əmək bazarının tələbinə cavab verməlidir. Məsələn bu gün kitabxanaçılıq dövrü yox, elektron kitabxana dövrüdür. Artıq kitabxanaçılıq və informasiya ixtisasının adı bəsit səslənir. Ad mahiyyətə uyğun gəlmir. Ona görə də ixtisasların adlarında dəyişiklik olmalıdır.

 

Əslində ad dəyişməklə də iş bitmir. Həmçinin ixtisasların mahiyyəti də dəyişməli, orada keçirilən fənlər yenilənməlidir. Dərslərin keyfiyyəti fərqli formada istiqamətlənməlidir. Artıq biz süni intellektin inkişaf etdiyi dövrə doğru irəliləyirik. Əl əməyinin təsirləri azalmağa başlayır. Yəni bu o demək deyil ki, insan əməyi sıradan çıxır. Süni intellektdə də insan nəzarəti olmalıdır. Yeni ixtisaslar çox güman ki, kompüter yönümlü, müasir dövrün əhəmiyyətini özündə əks etdirən ixtisaslar olacaq”.

 

Ekspert yeni ixtisasların açılması zəruri olduğunu qeyd edib:

 

“Hesab edirəm ki, gələcəkdə robotlaşma istiqamətində olan ixtisaslar olacaq. Təbii ki, bunlar müxtəlif ad altında təqdim olunacaq. Ola bilsin ki, hazırki ixtisasların adı və mahiyyəti dəyişib, yeni bir ixtisas forması iki cür olacaq: ya ixtisaslar yenidən yaranacaq, ya da ki, ixtisaslar formalaşacaq.

 

Ümumiyyətlə yeni ixtisasların açılması zəruridir. Çünki qeyd etdiyim kimi, elə bir zamandır ki, artıq bir çox ixtisaslar dövrün, bazarın tələbin ödəmir. Yəni bazarın tələbəni ödəməyən ixtisas bizə nə qazandıra bilər? Ona görə də ixtisas elə olmalıdır ki, ən əsas bazarın tələblərinə cavab verə bilsin”,- deyə ekspert söyləyib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox