2019-cu il üçün dövlət büdcəsindən təhsil xərclərinə 2274.6 milyon manat vəsait ayrılıb.
AzEdu.az xəbər verir ki, bu haqda Azərbaycan Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2019-cu ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında verilib.
Məbləğ 2018-ci ilə nisbətən 230.6 və ya 11.3% çoxdur.
2019-cu ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9.2% təşkil edəcək.
İllər üzrə təhsilə ayrılan büdcəni təqdim edirik:
2012-ci il-1453.2 milyon manat
2013-cü il-1437.7 milyon manat
2014-cü il-1553.9 milyon manat
2015-ci il-1605.1 milyon manat
2016-cı il-1754.4 milyon manat
2017-ci il-1742.7 milyon manat
2018-ci il-2044 milyon manat